×
A
A
A
Sazlamalar

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasında ilk turun son 2 oyunu keçirilib.
Zirədə eyniadlı komanda debütant "Səbail"i qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Zirə” təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, "Sumqayıt" - "Kəpəz" matçında da meydan sahibləri eyni hesabla qalib gəliblər. Bu, turun 2:1 hesabı ilə nəticələnən 3-cü oyunu olub. Daha əvvəl "Qəbələ" səfərdə "İnter"i belə hesabla yenib. Turun açılış oyununda isə "Neftçi" evdə "Qarabağ"a uduzub - 1:3.

 

İdman 2017-08-14 00:03:00