“Qarabağ” – “Kopenhagen” oyununu italiyalı hakimlər briqadası idarə edəcək
Bakı, 13 avqust, AZƏRTAC
“Qarabağ”ın Danimarka "Kopenhagen"i ilə keçirəcəyi Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyununa bütün təyinatlar açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.
Baş hakim Paolo Talyaventoya, Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində yardım edəcəklər. Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev isə hakimlərlə əlaqələndirici funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir