Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Türkiyədə hərəkət zamanı alışan avtobusun sərnişinləri sürücünün sayıqlığı sayəsində fəlakətdən xilas olublar

İstanbul, 13 avqust, АZƏRTAC

Türkiyədə İstanbul-Abana marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəflətən alışıb.
AZƏRTAC Türkiyənin rəsmi mənbələrinə istinadla xəbər verir ki, avtobusdakı 49 sərnişin sürücünün sayıqlığı sayəsində fəlakətdən xilas olub. Yanğın avtobusun mühərrikində başlayıb. Sərnişinlər arasında zərər çəkən olmayıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-08-13 13:00:00