Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Hindistanda torpaq sürüşməsi nəticəsində azı 7 nəfər həlak olub

Bakı, 13 avqust, AZƏRTAC
Hindistanın Ximaçal-Pradeş ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 7 nəfər həlak olub, onlarla insan itkin düşüb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mandi dairəsində yolda baş verən sürüşmə zamanı avtomobil daşımaları korporasiyasına məxsus iki avtobus torpaq kütləsi altında qalıb.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Dünya 2017-08-13 11:35:00