Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Cənubi Sumatra sahillərində 6,4 bal gücündə zəlzələ olub

Tokio, 13 avqust, AZƏRTAC 

İndoneziyanın Cənubi Sumatra adası sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Benqkulu şəhərindən 73,9 kilometr cənubda, ocağı 35,9 kilometr dərinlikdə qeydə alınıb.
Sunami təhlükəsi elan olunmayıb. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-08-13 09:17:00