Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Argentinada dünyanın ən böyük dinozavrının qalıqları tapılıb

Bakı, 13 avqust, AZƏRTAC

Tədqiqatçılar Argentinada dünyada yaşamış ən böyük dinozavrın qalıqlarının aşkarlandığını bəyan ediblər.
AZƏRTAC “Proceedings of the Royal Society B” dərgisinə istinadla xəbər verir ki, dinozavrın uzunluğu 35 metr, çəkisi isə 76 tondur. Ölkənin cənubunda 2012-ci ildə qalıqları tapılan dinozavra "Patagotitan mayorum" adı verilib.
Qalıqları təhlil edən tədqiqatçı qrupu onun “Brontozarus” və “Diplodokus”ların qohumu olduğunu ehtimal edir.

Bu maraqlıdır 2017-08-13 05:26:00