Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


ABŞ-da solçularla ultrasağçılar arasında qarşıdurma nəticəsində 1 nəfər ölüb, azı 30 nəfər yaralanıb

Bakı, 13 avqust, AZƏRTAC

ABŞ-ın Virciniya ştatının Şarlottsvill şəhərində solçularla ultrasağçılar arasında baş vermiş toqquşmalar nəticəsində 1 nəfər ölüb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, şəhərin “Twitter” səhifəsində dərc olunmuş məlumatda qarşıdurmalar zamanı azı 30 nəfərin xəsarət aldığı da bildirilir.
Qeyd edək ki, etiraz aksiyaları Amerika vətəndaş müharibəsi zamanı Konfederasiya ordusunun komandanı olan general Robert E.Linin şəhərdəki heykəlinin götürülməsindən sonra irqçi qruplar tərəfindən başlanılıb.
Bölgədə fövqəladə vəziyyət elan olunub.

Dünya 2017-08-13 01:36:00