Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş üç nəfər xilas edilib

Bakı, 12 avqust, AZƏRTAC

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş üç nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Xəzər rayonu ərazisində günün ayrı-ayrı vaxtlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş üç nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.

Hadisə 2017-08-12 21:47:00