×
A
A
A
Sazlamalar

“Qəbələ” komandası “İnter”lə oyunda ilk hissədən sonra hesabda irəlidədir

Bakı, 12 avqust, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində ötən mövsümün bürünc medalının sahibi Bakının “İnter” komandası öz meydanında çempionatın gümüş mükafatçısı “Qəbələ” ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da keçirilən və baş hakim Ömər Paşayevin idarə etdiyi matçın ilk hissəsindən sonra “Qəbələ” 2:0 hesabı ilə irəlidədir.
Görüşdə qolları oyunun 13-cü dəqiqəsində Elvin Məmmədov və 24-cü dəqiqədə penalti zərbəsindən Filip Ozobiç vurub.

İdman 2017-08-12 20:58:00