×
A
A
A
Sazlamalar

Petr Çex hokkey oyununda meydana çıxıb

Bakı, 12 avqust, AZƏRTAC

“Arsenal” futbol klubunun qapıçısı Petr Çex Milli Hokkey Liqasının (NXL) keçmiş forvardı və Çexiya millisinin üzvü Martin Qavlatın vida oyununda iştirak edib.
AZƏRTAC xəbər verir ki, P.Çex Brno şəhərinə gələrək 1 periodda qapını qoruyub və yenidən “Arsenalı”n düşərgəsinə qayıdıb.
Xatırladaq ki, Qavlat fevral ayında karyerasını bitirib. O, NXL-də “Ottava”, “Çikaqo”,
“Minnesota”, “San Xose”, “Nyu Cersi” və “Sent Lyuis” komandalarının şərəfini qoruyub.

İdman 2017-08-12 18:13:00