Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Çilidə 5,9 bal gücündə zəlzələ olub

Bakı, 12 avqust, AZƏRTAC

Çilinin Coquimbo şəhərindən 102 kilometr cənub-şərqdə 5,9 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və insan tələfatı barədə hələlik məlumat yoxdur.

Dünya 2017-08-12 18:10:00