Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


“Qarabağ”–“Kopenhagen” oyununun biletləri satışa çıxarılıb

Bakı, 12 avqust, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”-“Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxarılıb.
AZƏRTAC xəbər verir ki, azarkeşlər biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manatdır.
Avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.

 

İdman 2017-08-12 14:44:00