Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Millimizin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək VİDEO

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, futbolçumuz “Anortosis” klubuna transfer olunmaq üzrədir. Kipr mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi bu gün Famaqusta təmsilçisində tibbi müayinədən keçəcək. Onun “Anartosis”lə 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.

İdman 2017-08-12 13:42:00

Video