Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Vüqar Rəsulov Troya beynəlxalq şahmat turnirinin fəxri kürsüsünə yüksəlib

Bakı, 12 avqust, AZƏRTAC

Gəncə Şahmat Məktəbinin yetirməsi olan qrossmeyster Vüqar Rəsulov sayca 25-ci dəfə keçirilən Troya beynəlxalq şahmat turnirinin fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Çanaqqala şəhərində avqustun 7-dən 12-dək davam edən 110 iştirakçının qatıldığı blits turnirdə Azərbaycan təmsilçisi inamlı oyun nümayiş etdirib. Vüqar Rəsulov 9 oyundan maksimum xal toplayaraq çempion adını qazanıb.
İkinci və üçüncü yerləri hərəyə 7,5 xal toplayan Gürcüstan şahmatçısı Davit Benidze və Rusiya təmsilçisi Boris Savçenko bölüşüblər.
Troya beynəlxalq şahmat turniri çərçivəsində təşkil edilmiş blits turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.

İdman 2017-08-12 13:40:00