Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında “İnter” komandası “Qəbələ”ni qəbul edəcək

Bakı, 12 avqust, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tur çərçivəsində daha bir oyun keçiriləcək. Ötən mövsümün bürünc medalının sahibi Bakının “İnter” komandası öz meydanında çempionatın gümüş mükafatçısı “Qəbələ”ni qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da saat 20:00-da start götürəcək matçın baş hakimi Ömər Paşayev təyin edilib.
Oyunda “İnter” 15-ci, “Qəbələ” 10-cu qələbənin astanasındadır. “Qəbələ” 13 dəfə bərabərliklə kifayətlənib. Paytaxt komandası son yeddi qarşılaşmada qələbə qazana bilməyib. Qəbələ təmsilçisi ardıcıl iki dəfə qalib gəlib.
Ümumiyyətlə, “Qəbələ” Azərbaycan Premyer Liqasında 12-ci starta hazırlaşır. Komanda indiyədək çempionatda 11 dəfə iştirak edib və üç dəfə bürünc, bir dəfə gümüş medalları əldə edib.
Qeyd edək ki, Premyer Liqada avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Səbail” oyunu keçiriləcək. Bu görüşə saat 19:00-da start veriləcək.
İlk tura həmin gün saat 21:00-da “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” və “Kəpəz” (Gəncə) komandalarının matçı ilə yekun vurulacaq.
Xatırladaq ki, avqustun 11-də keçirilən turun ilk oyununda “Qarabağ” komandası “Neftçi”yə 3:1 hesabı ilə qalib gəlib.

İdman 2017-08-12 10:40:00