Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


“Qarabağ” – “Kopenhagen” matçının biletləri sabahdan satışa çıxarılacaq

Bakı, 11 avqust, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri satışa çıxır.
AZƏRTAC xəbər verir ki, azarkeşlər sabah saat 10:00-dan etibarən biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manatdır.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də saat 20:00-da başlayacaq.

İdman 2017-08-11 14:50:00