×
A
A
A
Sazlamalar

Azərbaycan–San Marino oyununun biletləri satışa çıxarılıb

Bakı, 10 avqust, AZƏRTAC

Futbol üzrə Dünya Çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan–San Marino oyununun biletləri satışa çıxarılıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell müştəri xidmətləri mərkəzində və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

İdman 2017-08-10 17:14:00