×
A
A
A
Sazlamalar

FIFA milli komandaların reytinqini açıqlayıb

Bakı, 10 avqust, AZƏRTAC

FIFA milli komandaların reytinqini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələrinə əsasən Azərbaycan millisi FIFA reytinq cədvəlində 79-cu sırada qərarlaşıb.
Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var. Millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib. Buna qonşu pillələrdəki yığmaların mövqe dəyişiklikləri səbəb olub.

İdman 2017-08-10 12:58:00