×
A
A
A
Sazlamalar

“Qarabağ”ın “Kopenhagen”lə Bakıda keçiriləcək oyununun biletləri avqustun 12-də satışa çıxarılacaq

Bakı, 9 avqust, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix məlum olub.
AZƏRTAC xəbər verir ki, azarkeşlər avqustun 12-dən etibarən biletləri matçın təşkil olunacağı Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.
Biletlərin qiyməti sektorlara görə 1, 2, 3, 5 və 10 manat, VİP sektoruna isə 50 manat olacaq.
Avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” görüşü saat 21:00-da başlayacaq.

İdman 2017-08-09 21:41:00