×
A
A
A
Sazlamalar

Azərbaycan şahmatçıları “Yay Praqası-2017” turnirinin liderindən yarım xal geri qalırlar

Bakı, 9 avqust, AZƏRTAC
Çexiyanın paytaxtında “Yay Praqası-2017” beynəlxalq turniri keçirilir. Turnirdə 30 ölkədən 135 şahmatçı, o cümlədən 10 qrossmeyster iştirak edir.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı qrossmeyster Zaur Məmmədov, FIDE ustaları Rəvan Əliyev, Kənan Qarayev, beynəlxalq dərəcəli usta Nərmin Məmmədova və Fərid Mustafayev təmsil edirlər.
Altı turdan sonra open-turnirdə 5,5 xal toplamış moldovalı Viorel İordakesku liderlik edir. Altı şahmatçı, o cümlədən Zaur Məmmədov və Fərid Mustafayev ondan yarım xal geri qalır. Rəvan Əliyevin və Kənan Qarayevin hər birinin aktivində 3,5 xal, Nərmin Məmmədovanın aktivində 3 xal var.
Püşkatmanın nəticələrinə görə qara fiqurlarla Zaur Məmmədov və Fərid Mustafayev müvafiq olaraq argentinalı Daniel Kampora və çexiyalı Devid Viçnarla qarşılaşacaq.

İdman 2017-08-09 16:48:00