×
A
A
A
Sazlamalar

“İnter” klubu yeni mövsümdə ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib

Bakı, 9 avqust, AZƏRTAC 

Bakının “İnter” futbol klubu 2017-2018-ci il mövsümündə ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.
“İnter” Bakı Peşəkar İdman klubundan AZƏRTAC-a bildirilib ki, məsələ ilə bağlı “AFFA” və “Aqrarkredit” SKT arasında aparılan danışıqlar başa çatıb. Qərara alınıb ki, “İnter” PİK-in əsas və uşaq futbol komandaları 2017-2018-ci il mövsümü ərzində “İnter Arena” stadionunda fəaliyyət göstərəcək.

İdman 2017-08-09 02:59:00