"Real Madrid" tarixində dördüncü dəfə UEFA superkubokunu qazanıb VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında keçirilən oyunda UEFA Superkubokunun qalibi müəyyən olunub.
AZƏRTAC xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Real Madrid" Avroliqanı qazanan "Mançester"i 2:1 hesabı ilə məğlub edərək superkubokun sahibi olub.
Bakı vaxtı ilə saat 23:45-də qarşılıqlı hücumlarla başlayan matçın 24-cü dəqiqəsində "Real Madrid"in futbolçusu Kasemiro hesabı açıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan madridlilər ikinci hissənin əvvəlində daha bir dəfə fərqləniblər. İsko matçın 52-ci dəqiqəsində hesabı iki topa çatdırıb. Oyunun 62-ci dəqiqəsində Lukaku hesab arasındakı fərqi minumuma endirib - 2:1. Oyunda başqa qol vurulmayıb.
Bununla da "Real Madrid" tarixində dördüncü dəfə superkuboka sahib çıxıb.
Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox hərəsi beş dəfə olmaqla “Barselona” və "Milan" komandaları qazanıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir