×
A
A
A
Sazlamalar

Romada daha iki qədim tikili tapılıb

Roma, 30 İyun, AZƏRTAC
Romada metronun C xəttinin genişləndirilməsi zamanı iki qədim tikili aşkar edilib.
AZƏRTAC İtaliyanın “ANSA” agentliyinə istinadla xəbər verir ki, qazıntı aparılan ərazidə freskalar, gips parçaları, mebel əşyalar, heykəllər və pəncərələr aşkar edilib. Ekspertlərin fikrincə, aşkar edilmiş tikili “Pompey” şəhəri tikililərinə xas keyfiyyətə malikdir.
Arxeoloqlar metro xəttinin işinin qədim abidələrə təsirini dəyərləndirmək üçün yer səviyyəsindən 10 metr aşağı eniblər. Möhkəmləndirmə işləri hələ 4 metrə qədər davam edəcək.
Xatırladaq ki, ötən il paytaxtda arxeoloji qazıntılar zamanı aşkar edilən hərbi kazarmalardan sonra ən son arxeoloji tapıntı “Avreliya” divarının yanındakı 2 Pompey binası olub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Bu maraqlıdır 2017-06-30 09:07:00