×
A
A
A
Sazlamalar

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Varşava, 27 iyun, AZƏRTAC

İyunun 27-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Prezident İlham Əliyev və Prezident Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim etdilər.

Rəsmi xronika 2017-06-27 12:37:00

Video