×
A
A
A
Sazlamalar

İspaniya portalında Formula-1 Azərbaycan Qran-Prisindən yazılıb

Madrid, 27 iyun, AZƏRTAC 

İspaniyanın avtomobil idmanı sahəsində ixtisaslaşmış motor.es portalında “Azərbaycan Qran-Prisinin texniki analizi” sərlövhəli məqalə dərc edilib. Portalın redaktoru və analitiki David Plazanın qələmə aldığı yazıda Formula-1 Azərbaycan Qran-Prisinin nəticələri geniş təhlil olunub.
Məqalədə Bakı trekində 2,2 kilometr uzunluğunda yüksək sürətli hissənin mövcudluğu və bunun bolidlərin texniki göstəricilərinin nümayiş etdirilməsi üçün ən uğurlu yer olması qeyd olunur. Bolidlərin Kanada Qran-Prisi və Azərbaycan Qran-Prisi üçün texniki hazırlığının fərqlərinə diqqət ayıran müəllif ətraflı təhlillə çıxış edib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İdman 2017-06-27 08:12:00