×
A
A
A
Sazlamalar

Yaponiya, ABŞ və Hindistan birgə hərbi təlimlər keçirəcəklər

Tokio, 27 iyun, AZƏRTAC 

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ, Yaponiya və Hindistan iyulda Hind okeanının qərbində birgə böyük hərbi təlimlər keçirəcəklər.
Bu barədə o, Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra bəyan edib. D.Tramp deyib: “Bizim silahlı qüvvələrimiz hər il terrorizmlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyin üzərində işləyir. Gələn ay da onlar yapon dənizçilərlə birlikdə Hind okeanının qərbində hərbi təlimlərdə iştirak edəcəklər”.
Vaşinqtona rəsmi səfəri çərçivəsində N.Modi, həmçinin Pentaqonun rəhbəri Ceyms Mettis ilə də görüşüb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-06-27 08:01:00