×
A
A
A
Sazlamalar

Milli Məclisin sədri Oqtay Əsədov Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edir

Seul, 27 iyun, AZƏRTAC

Koreya Respublikasının paytaxtı Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsi keçirilir.
“Avrasiya regionunda birgə rifah naminə parlamentlərarası əməkdaşlığın təşviqi” mövzusunda keçirilən müşavirədə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Tədbir mövzuya dair müzakirələrin yekunu olaraq Seul Bəyanatının qəbul edilməsi ilə başa çatacaq.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul

Siyasət 2017-06-27 07:45:00