×
A
A
A
Sazlamalar

Rusiyanın Zabaykalye vilayətində meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub

Bakı, 27 iyun, AZƏRTAC

Rusiyanın Zabaykalye vilayətində çoxsaylı meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq olunub.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə regionun Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir.
Hazırda regionda 2,8 min hektardan çox sahəni əhatə edən 34 meşə yanğını davam edir. Yanğınların söndürülməsinə 804 canlı qüvvə, 181 ədəd texnika cəlb olunub.

Dünya 2017-06-27 07:39:00