×
A
A
A
Sazlamalar

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Bərdə, 10 may, AZƏRTAC

Mayın 10-da saat 11 radələrində qohumu tərəfindən bıçaq xəsarətləri yetirilmiş Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovanın vəziyyəti ağır-stabildir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Təcili tibbi yardım şöbəsinə yerləşdirilən Zəminə Məmmədovaya boynun ön və sağ nahiyəsinin kəsilmiş yarası, traxeyanın ön və hər iki yan divarının kəsilmiş yarası, boynun ön və sağ yan qrup əzələlərinin kəsilmiş yarası diaqnozları təyin edilib. Əməliyyat olunub. Hazırda müalicəsi davam etdirilir.

Regionlar 2024-05-10 19:27:00