×
A
A
A
Sazlamalar

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

Bakı, 10 may, AZƏRTAC

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “Seoul International Travel Fair (SITF) - The Korea World Travel Fair (KOTFA)” beynəlxalq sərgisində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanları təqdim olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, mayın 12-dək davam edəcək sərgidə müxtəlif turizm məhsulları, o cümlədən ölkəmizin təbiət turizmi potensialı və mədəni irs nümunələri haqqında xarici turizm şirkətləri və sərgi ziyarətçilərinə məlumat verilir, milli şirniyyatların dequstasiyası keçirilir.
Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov da milli stendimizi ziyarət edərək sərginin işi ilə tanış olub.
Həmçinin sərgi çərçivəsində yerli turizm şirkətləri ilə Koreya turizm şirkətləri arasında B2B görüşlər keçirilir, mümkün əməkdaşlıq imkanları müzakirə olunur.

 

İqtisadiyyat 2024-05-10 18:41:00