×
A
A
A
Sazlamalar

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək. Birgə görüş Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərində keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti bu məqsədlə mayın 12-16-da Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, deputatlar Cavanşir Feyziyev, Kamilə Əliyeva, Ağalar Vəliyev və Vüqar İskəndərov daxildir.
Səfər çərçivəsində deputatlarımız Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti, və Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündə iştirak edəcəklər.

Siyasət 2024-05-10 16:45:00