×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Bakı, 10 may, AZƏRTAC

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 1976-cı il təvəllüdlü paytaxt sakini Vahab Manafov saxlanılıb. Ondan 2 kiloqram narkotik vasitə marixuana aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin narkotikləri əldə etdiyi Maştağa qəsəbəsi sakini Kamal Rəhmanov da saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərindən isə 1 kiloqram marixuana aşkarlanıb.
K.Rəhmanovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində keçirilən tədbirlər nəticəsində onun marixuananı əldə etdiyi şəxslər paytaxt sakinləri Hüseynağa Məlikov və Ceyhun Bədəlovun da saxlanıması təmin olunub. Onların Sabunçu rayonundakı bağ sahələrinə baxış zamanı kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdikləri narkotik tərkibli 1500 çətənə kolu aşkarlanıb. Araşdırma zamanı dəstə üzvlərinin çətənə kollarını yetişdirdikdən sonra paytaxt ərazisində satışı ilə məşğul olduqları müəyyənləşdirilib.
Aşkarlanan faktlarla bağlı rayon polis idarəsində araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-05-10 14:29:00

Video