Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk
Bakı, 10 may, AZƏRTAC
Qanunvericiliyə görə, parlament seçkiləri noyabrın birinci bazar günü keçirilməlidir. Bu da noyabrın 3-nə təsadüf edir. Seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyası (MSK) geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun artıq vaxtı çatıb. Maarifləndirmə proqramı tərtib edilir, MSK onu bəyənir və onun əsasında tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
“Söz-söhbət var ki, COP29-a görə seçkilərin vaxtı dəyişə də bilər. Bu zaman vaxt ancaq qabağa çəkilə bilər. Qanunvericiliyin tələbinə görə, geriyə çəkilə bilməz. Hətta noyabrın əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq. Bununla bağlı fəaliyyətimizi artıq həyata keçiririk. Yaxın günlərdə bu istiqamətdə əməli addımların atılmasına şahid olacaqsınız”, - deyə o bildirib.
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Bakıda TDT çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinə həsr edilmiş tədbir təşkil olunub
Latviya Seyminin sədri: Azərbaycan-Ermənistan sülh danışıqlarının uğurla yekunlaşacağına inanırıq
Dayqa Mierina: Latviya şirkətləri də Qarabağda bərpa işlərində iştirak edə bilərlər