BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
Bakı, 10 may, AZƏRTAC
Bu ilin birinci rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 327,1 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 2,4 faiz azalma deməkdir.
AZƏRTAC BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 130,4 milyon dollar xərcləyib.
Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (66 şirkət üzrə) 88,8 milyon dollar xərcləyib.
Bundan başqa, hesabat dövründə BP-nin 188 kiçik və orta müəssisə üzrə xərcləri 97 milyon dollar, 18 dövlət şirkəti üzrə xərcləri isə 10,9 milyon dollar təşkil edib.
Bakıda Milli Metrologiya Forumu keçirilib
Şəkidə təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib
® “Baku Steel Company” Tacikistanın dövlət qurumu ilə Anlaşma Memorandumu imzalayıb
® Azerconnect Group COP29 çərçivəsində keçirilən Biznes Forumda iştirak edib