×
A
A
A
Sazlamalar

Naxçıvanda iki gənc göldə boğulub

Naxçıvan, 10 may, AZƏRTAC

Naxçıvan şəhərində iki gənc göldə boğularaq ölüb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Belə ki, Astara rayonunun Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərindəki Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşüb və boğulublar.
Bu gün səhər saatlarından etibarən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəsədləri sudan çıxarıblar. Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər iki gənc Naxçıvanda təhsil alırdı.

Regionlar 2024-05-10 13:05:00