×
A
A
A
Sazlamalar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

London, 10 may, AZƏRTAC

Böyük Britaniya iqtisadiyyatında artıq geriləmə mövcud deyil.
AZƏRTAC Britaniya Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, ümumi daxili məhsul (ÜDM) yanvar-mart ayları ərzində gözləniləndən daha yaxşı 0,6 faiz artıb. İqtisadçılar bu rəqəmin 0,4 faiz olacağını proqnozlaşdırmışdılar.
Baş nazir Rişi Sunak deyib ki, vəziyyətin bir çoxları üçün hələ də çətin olduğunu bilir, lakin plan işləyir və plana sadiq olmaq lazımdır.
Qeyd edək ki, Milli Statistika İdarəsi iqtisadi artımın əsas ölçüsü olan ÜDM-in ölkədə oktyabr-dekabr ayları arasında 0,3 faiz azaldığını qeyd etmişdi.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

İqtisadiyyat 2024-05-10 12:54:00