Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb
Naxçıvan, 9 may, AZƏRTAC
Naxçıvan şəhər Səməd Vurğun küçəsinin sakinləri Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət ediblər.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ərizədə vətəndaşların yaşayış evlərinin yerləşdiyi ərazidə qrunt sularının səviyyəsinin yüksəldiyi qeyd olunub. Nəticədə, evlərin zirzəmilərinə su yığılıb. Vətəndaşların ərizəsi əsasında cəmiyyətin mütəxəssisləri dərhal qeyd olunan ünvana baxış keçiriblər və məlumat təsdiqini tapıb.
Yaranan problemin aradan qaldırılması üçün ərazidə qapalı drenaj xəttinin çəkilməsi məqsədəuyğun hesab olunub. Mənzillərin zirzəmilərinə yığılan qrunt sularının çəkilməsi üçün Su Təmir-Tikinti İdarəsi tərəfindən ərazidə qapalı drenaj xəttinin çəkilməsinə başlanılıb. İdarə əməkdaşları tərəfindən 90 metr uzunluğunda 200 millimetrlik polietilen (HDP) borularla qapalı drenaj xətti çəkilərək mövcud kanalizasiya xəttinə birləşdirilib. Görülən işlərin nəticəsində ərazidə qrunt sularının səviyyəsi aşağı salınıb.
“Zəngilan” və “Şayıflı” SES-lərdə ildə 60 milyon kilovat-saat enerji istehsal ediləcək
Naxçıvanda sahibkarlara 110 mənşə sertifikatı verilib
Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq
Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək