AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq
Rimini, 9 may, AZƏRTAC
2022-ci ildə dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya səfəri zamanı əldə olunmuş razılıqlar əsasında ADA Universiteti ilə Boloniya Universiteti arasında baş tutan əməkdaşlıq ölkəmizdə kənd təsərrüfatı sahəsində mütəxəssislərin yetişdirilməsində və innovasiyaların cəlb olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan ADA və Bolonya universitetlərinin əməkdaşlığı, “MacFrut” Akademiyasının dəstəyi ilə keçirilən “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramının iştirakçılarının zəruri biliklərlə təmin olunması Azərbaycanın kənd təsərrüfatı sahəsində yeniliklərin tətbiqinə, məhsuldarlığın artırılmasına və digər sahələrdə töhfələr verəcəyinə inanırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı deyib.
“Bu layihə sözsüz ki, ölkəmizin kənd təsərrüfatı məhsulları üzrə ixracının genişlənməsində, məhsullarımızın yeni bazarlara çıxışında mühüm rol oynayacaq. Belə ki, yeni tətbiq edilən texnologiyalar və innovasiyalar məhsulların daha rəqabətqabiliyyətli olmasına, həmçinin beynəlxalq bazarların tələblərinə uyğunlaşdırılmasına töhfə verəcək. Biz bununla da ixrac bazarlarımızı genişləndirməklə ixrac həcmlərimizi artıracağıq”, - deyə AZPROMO rəsmisi qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Rimini
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır
MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib