×
A
A
A
Sazlamalar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında humanitar əməkdaşlıq əlaqələri xüsusi məna və əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşü zamanı səsləndirib.
S.Qafarova Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyətini qeyd edib.
İki ölkə arasındakı əməkdaşlığın dərinləşməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan Milli Məclisin sədri dostluq qruplarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
Görüş zamanı Bolqarıstanın Veliko Tırnova və Azərbaycanın Şuşa şəhərləri arasında qardaşlaşma haqqında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunun önəmi diqqətə çatdırılıb.

Siyasət 2024-05-08 18:40:00