×
A
A
A
Sazlamalar

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Bakı, 8 may, AZƏRTAC

“Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”nin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə söyləyib.
Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edən Rumen Radev Azərbaycanın Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb.
“Həmrəylik halqası” layihəsindən danışan Rumen Radev bu layihənin enerji resurslarının nəqlinin daha da şaxələndirilməsində rolunu qeyd edərək deyib: “Həmrəylik halqası” layihəsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi ilə nəticələnəcək. Azərbaycan bu layihənin reallaşmasında mühüm rol oynayır”.

Siyasət 2024-05-08 18:39:00