×
A
A
A
Sazlamalar

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Bakı, 8 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov və elmi işçi Şəfiqə Feyzullayeva Ağdam rayonunda elmi ezamiyyətdə olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyət zamanı Ağdam rayonu Əhmədağalı kəndində yeni bərpa edilmiş – Çinarlı, Heyvalı-1, Xanəhməd, Qurddu kəhrizlərində müşahidələr aparılaraq suyun mikrobioloji aspektdən vəziyyətini qiymətləndirmək məqsədilə laboratoriya analizləri üçün nümunələr götürülüb. Nümunə götürülən suyun fiziki xüsusiyyətləri və pH yerindəcə təyin edilib.
Kəhrizdən götürülən nümunələrdə suyun bioloji təmizliyini və içməyə yararlığını müəyyən etmək məqsədilə suda biogen elementlərin miqdarının və müxtəlif qrup saprofit və patogen bakteriyaların geniş tədqiqi nəzərdə tutulub.
Ezamiyyət uğurla başa çatdırılıb. Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasında artıq tədqiqatlara başlanılıb.

Elm və təhsil 2024-05-08 18:33:00