×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

Bakı, 8 may, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının son bir neçə gün ərzində həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb. Həmin şəxslərdən 5 kiloqrama yaxın heroin, tiryək və psixotrop tərkibli metadon həbləri aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idarə əməkdaşlarının apardıqları profilaktik tədbirlər zamanı isə 5 “Kalaşnikov” avtomatı, 3 ov tüfəngi, 5 daraq və 81 patron vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. Mülki axtarışda olan 18, müxtəlif cinayət törətdikləri üçün barələrində axtarış elan edilən 8 şəxs saxlanılıb.
Soyuq silah hesab edilən kəsici-deşici alətlərin satışına qarşı keçirilən tədbirlər zamanı 8 obyektdən xəsarət yetirmək təyinatına malik satışı nəzərdə tutulan 312 bıçaq aşkarlanaraq götürülüb.
Aşkar olunan faktlarla araşdırmalar davam etdirilir.

 

 

Cəmiyyət 2024-05-08 18:30:00