×
A
A
A
Sazlamalar

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Bakı, 8 may, AZƏRTAC

Aprel ayı üzrə Dövlət Proqramı İdarəetmə Qrupuna ümumilikdə 1037 müraciət daxil olub.
Bu barədə AZƏRTAC-a Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.
Bildirilib ki, müraciətlərin 61-i sosial şəbəkələr, 483-ü Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron müraciətlər üzərindən 423, məktublar üzərindən 26, vatsap vasitəsilə 31 müraciət cavablandırılıb. 5 vətəndaş isə qəbulda iştirak edib.

Elm və təhsil 2024-05-08 18:09:00