×
A
A
A
Sazlamalar

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Bakı, 8 may, AZƏRTAC

Mayın 10-da “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.
Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
Vebinar “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

Elm və təhsil 2024-05-08 17:55:00