×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada istifadəçilərin sayı artıb

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yaradılan rahat mühit oxucuların sayını artırıb.
Cari ilin birinci rübündə MEK-in xidmətlərindən istifadə etmək üçün kitabxanaya abunə olan oxucuların sayı 420 nəfərdən artıq olub. Bu da kitabxananın ümumi oxucularının sayının artmasına təsir göstərib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.
Bildirilib ki, son ayların nəticəsinə əsasən kitabxananın həm saxlancından, həm də yardımçı fondlarından ümumilikdə 5000-ə yaxın sənəd oxucuların istifadəsinə verilib. Bundan əlavə, MEK istifadəçilərə onlayn xidmət vasitəsilə müxtəlif dillər və mövzular üzrə sənəd təqdim edib, elektron mətn axtarışını gerçəkləşdirib.
Xatırladaq ki, informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana-informasiya sistemi kimi fəaliyyət göstərən MEK-ə yaşı 18-ə çatmış şəxslər abunəlik əldə edə bilər. AMEA-nın əməkdaşları, şəhid ailələrinin üzvləri, veteranlar və qazilər üçün kitabxana tam ödənişsiz xidmət göstərir.

Elm və təhsil 2024-05-08 16:03:00