Şərqşünas alimin məqaləsi Türkiyədə dərc olunub
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayevin məqaləsi Türkiyənin “Akademik tarix və düşüncə” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” mövzusunda həsr edilib. Məqalədə dialoqun faydası kimi dinlər və məzhəblərarası yaxınlaşma, əməkdaşlıq və bir-birinə qarşı yanlış təsəvvürlərin redaktəsi, radikalizm və ekstremizm meyillərinə qarşı mübarizə, mötədilliyə əsaslanan düşüncələrin inkişaf etdirilməsi və sair mövzular araşdırılır.
Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası keçirilir
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır
MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb