×
A
A
A
Sazlamalar

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

Bakı, 8 may, AZƏRTAC

Təhsil TV tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı proqram yayımlanır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri" proqramı cari ildə sertifikatlaşdırma imtahanı keçiriləcək fənləri əhatə edir. Proqramda həmin fənlər, metodika və pedaqogika üzrə mövzuların izahı təqdim olunur.
Müəllimlər bu proqramı Elm və Təhsil Nazirliyi, həmçinin Təhsil TV-nin rəsmi feysbuk səhifələri üzərindən izləyə bilərlər.

Elm və təhsil 2024-05-08 11:47:00