Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bakı, 8 may, AZƏRTAC
Bu gün UEFA Konfrans Liqasında ilk finalçı bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Belçikası “Brügge”si doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək.
Bakı vaxtı ilə saat 20:45-də start götürəcək görüşü türkiyəli FIFA referisi Halil Umut Meler idarə edəcək. Komandalar arasındakı ilk oyunda İtaliya təmsilçisi 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu raundun digər cavab qarşılaşması mayın 9-da baş tutacaq.
"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib
"Mançester Siti" İngiltərə çempionu olub
Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub