×
A
A
A
Sazlamalar

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Bakı, 8 may, AZƏRTAC

“Airbus” şirkəti apreldə müştərilərinə 61 təyyarə, o cümlədən 6 ədəd A350 təhvil verib.
AZƏRTAC xəbər verir ki, ilin əvvəlindən müştərilərə çatdırılmış hava gəmilərinin sayı 203 olub. Şirkət il ərzində 880 mülki təyyarə istehsal etməyi qarşıya məqsəd qoyub.
Son məlumata görə, “Airbus”un 222 təsdiqlənmiş sifarişi var.

 

 

Dünya 2024-05-08 04:45:00