Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 6-7-də Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) yeddinci iclası keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və Türkmənistanın (nümayəndə heyətinin rəhbəri – M.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.
İclasa Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Şərifov sədrlik edib.
Tədbirdə tərəflər Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikasının müzakirəsini davam etdiriblər.
İclasda, həmçinin Xəzər dənizində əməkdaşlığın icmalı baş tutub.
Nümayəndə heyətləri görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər.
YSİQ-nin növbəti iclası iyunun 24-27-də İranda keçiriləcək.
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir